“MİQRASİYA İNFORMASİYA MƏRKƏZİ” YARADILDI

Azərbaycan Miqrasiya Mərkəzi (AMM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə

“Miqrasiya İnformasiya Mərkəzinin yaradılması” layihəsinin icrasına başlayıb. Azərbaycan Miqrasiya Mərkəzinin qərargahında layihənin təqdimat mərasimi keçirilib. Beynəlxalq Miqrasiya Mərkəzinin, bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Miqrasiya Mərkəzinin prezidenti Elçin Məlikli çıxış edərək, layihə barədə ətraflı bilgi verib.Tədbirdə çıxış edənlər layihənin böyük əhəmiyyətə malik olduğunu vurğuladılar və bunu qanunsuz miqrasiya sahəsində problemlərin həlli istiqamətində ciddi bir addım kimi dəyərləndirdilər.