“KONFLİKT JURNALİSTİKASI MƏKTƏBİ”NİN İŞTİRAKÇILARI "QAFQAZ" TV- DƏ
Baxış sayı: 735
"Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” layihəsinin ikinci mərhələsi çərçivəsində hərbi hissələrdə və poliqonlarda keçirilən təlimlər başa çatıb."Dinc Dünya" Araşdırma Mərkəzi”nin təsis etdiyi "Konflikt jurnalistikası məktəbi"nin rəhbəri Əlisafa Mehdi təlimə qoşulan jurnalistlərin ekstremal şəraitdə təcrübə keçdiyini qeyd edib. "Konflikt jurnalistikası məktəbi" davamlı olaraq ölkədə ekstremal jurnalistika təlimlərini reallaşdırır. 2015-ci ildən layihə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə Silahlı Qüvvələrin bazasında keçirilir. Tədris dövründə jurnalistlər həm auditoriya, həm poliqon təlimlərində iştirak edir, ekstremal vəziyyətdə davranış qaydalarını mənimsəyirlər. "Konflikt jurnalistikası məktəbi" təlimlərindən qayıdan jurnalistlər QAFQAZ TV – nin qonağı oldular. Həmkarlarımız Televiziyanın bütün iş otaqları və çəkiliş pavliyonu, habelə burada gedən iş prossesli ilə yaxından tanış oldular. Fürsətdən istifadə edib journalist həmkarlarımızn təlimlə bağlı fikirlərini də öyrəndik."Konflikt jurnalistikası məktəbi" təlimlərinin 1-ci mərhələsinə aprelin 23-də start verilib. Auditoriya təlimləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilib. Poliqon təlimi olan 2-ci mərhələsi iyulun 2-dən başlayaraq 10 gün müddətində Azərbaycan Ordusunun hərbi hissələrində və poliqonlarında ekstremal vəziyyətə yaxın səhnələşdirilmiş şəraitdə reallaşıb. Yaxın günlərdə layihənin üçüncü mərhələsinə start veriləcək.