“İYUNUN 1-DƏN DƏRSLƏRİN BƏRPASI NƏZƏRDƏ TUTULMUR”

İyunun 1-dən dərslərin bərpası nəzərdə tutulmur. Nazir bildirib ki, 2019-2020-ci tədris ilinin sonu üçün hər hansı qiymətləndirmənin, böyük və kiçik summativlərin keçirilməsi nəzərdə tutulmur.

Həmçinin ali tədris müəssisələrində də bu tədris ilinin uzadılması nəzərdə tutulmadığını qeyd edib.Müəllimlərin müddətli müqavilə əsasında işə qəbulunun müsahibə mərhələsinə bu il onlayn formada imkan yaradılıb. İki həftə ərzində 1400-ə yaxın müəllimin daimiləşməsi nəzərdə tutulub. Müəllimlərin yerdəyişməsi elektron formada may və iyun aylarında həyata keçiriləcək. mərkəzləşmiş qaydada işə qəbulunun bu il iyulun ikinci yarısı və avqustda keçirilməsi nəzərdə tutulur. Son olaraq nazir qeyd edib ki, hərbi xidmətə getməli olan oğlan tələbələrə diplomun verilməsində hər hansı problem olmayacaq. Daha sonra çıxış edən Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 9 və 11-ci sinif üçün buraxılış imtahanları iyun ayında planlaşdırılır. Mart, aprel, may və iyun ayında proqramda nəzərdə tutulan mövzular imtahan zamanı qiymətləndirilməyəcək. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Sənəd qəbulu onlayn qaydada həyata keçiriləcək. O cümlədən ali məktəblərə sənəd qəbulu ilə əlaqədar yalnız regional sənəd qəbulu məntəqələri fəaliyyət göstərəcək.