“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

“Heydər Əliyev İli” çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı

ilə Quba rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilmişdir. İlk olaraq tədbir iştirakçıları Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində sərgi ilə tanış olublar. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər. Tədbirdə çıxış edənlər vurğulayıblar ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır və Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.