“GENDER BƏRABƏRLİYİ SAĞLAM AİLƏNİN TƏMƏLİDİR” DÜŞƏRGƏSİ KEÇİRİLDİ

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) təşkilatçılığı

və "Forest School Azerbaijan"nın dəstəyi ilə 12-15 may tarixlərində Qubada “Gender bərabərliyi sağlam ailənin təməlidir” adlı ailə düşərgəsi baş tutub.15 may – Beynəlxalq Ailə Günü münasibət ilə təşkil edilmiş düşərgənin əsas məqsədi müxtəlif valideynlik təcrübələri olan ailələri bir araya gətirməklə ailələrdə gender bərabərliyi baxımından müsbət dəyişikliklərə əsaslanan münasibət və davranışın qurulmasına, gender əsaslı cinsseçimi və digər zərərli təcrübələrin aradan qaldırılmasına və qız övladlarına verilən dəyərin təşviqinə dəstək olmaqdan ibarətolub.

{youtube}hfd0E-nc6cc{/youtube}