“DÖRDÜNCÜ IMAGINE “ FESTİVALI ONLAYN KEÇİRİLƏCƏK

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə,

Festivalın bu buraxılışında əvvəlcədən Bakıda olmuş və ya 2020-ci ildə ziyərət etmək fikrində olan dünyanın müxtəlif yerlərindən bir neçə musiqi qrupu, musiqiçilər və müğənnilər Bakı və Azərbaycana “Bakı üçün Bir Mahnı” adlı xüsusi musiqi proqramında bir mahnı həsr edəcəklər. Bununla da koronavirus pandemiyası dövründə Azərbaycan xalqı ilə həmrəylik nümayiş olunacaq. Konsert mayın 9-u Avropa Günü canlı baş tutacaq. İlk dəfə 2017-ci ildə keçirilmiş Avrotolerantlıq festivalı çərçivəsində bu illərdə musiqili tamaşalar, seminarlar, teatr sərgiləri, film nümayişləri, dünya şöhrətli rejissor və musiqiçilərlə debatlar və müzakirələr keçirilib.