“CƏNNƏT BAĞI”NDA BAYRAM HAVASI

Şəhərin səs küyündən yaxa qurtarıb, şəhərin kamfortu ilə təbitətin birliyini bir araya gətirmək istəyənlər bayram günlərində də Quba Cənnət Bağı istirahət mərkəzini seçiblər. Şimal regionunda yaradılan ilk ailəvi istirahət mərkəzlərindən olan Quba Cənnət Bağı daima müştərilərini düşünür. Belə ki, bayram günlərində Qubanın təmiz havasını, gözəl mənzərələrini, müxtəlif əyləncələri və bir-birindən ləziz təamları dadmaq istəyənlər, yollarını məhz Cənnət Bağına salmışdılar. Ölkənin hər yerində olduğu kimi, Quba Cənnət Bağı istirahət mərkəzində də Novruz şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş istirahət mərkəzinin həyətində Novruz xonçaları və səmənilər düzülüb, xalq tətbiqi sənəti nümunələri, bayram yeməkləri və müxtəlif növ şirniyyatlar nümayiş etdirilib. Novruzun atributlarından olan keçəl və kosa mərasim iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdikdən sonra meydanda bayram tonqalı yandırılıb. İstirahət mərkəzinə toplaşan qonaqlar bayram tonqalının ətrafında dövrə vuraraq yallı gedib, rayonun bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış edib. Qubada fəaliyyət göstərən “Cənnət bağı” İstirahət Mərkəzi ilboyu turistlərin xidmətindədir. Burada qonaqlar üçün hər cür şərait yaradılıb. Sərfəli qiymət və yüksək xidmət turistləri tam qane edir. Bayram günlərində mərkəzə yerli turistlərlə yanaşı, xarici qonaqlar da təşrif buyurmuşlar. Mərkəzdən verilən bilgiyə görə, tələbatı nəzərə alaraq gələcəkdə yerlərin sayının artırılması, xidmətlərin çeşidinin çoxaldılması, həmçinin dağlara, kəndin və rayonun tarixi yerlərinə turların təşkil edilməsi nəzərdə tutulur.