“CƏNNƏT BAĞI” HƏSSAS QRUPDAN OLAN UŞAQLAR ÜÇÜN YAZ DÜŞƏRGƏSİ TƏŞKİL EDİB
Baxış sayı: 68
“Azərbaycan Uşaqları” İctimai Birliyinin təşəbbüsü,Cənnət Bağı Şirkətlər Qrupunun təşkilatçılığı ilə 28 may Müstəqillik Günü, Konstitusiya və Suverənlik ili münasibəti ilə Xızı rayonunda tədbir və master klass keçirilib. Tədbir “Azərbaycan Uşaqları” İctimai Birliyinin Cənnət Bağı Şirkətlər Qrupu ilə əməkdaşlığı çərçivəsində keçirilən “Mənim vətənim Azərbaycan “ -“Azərbaycan Uşaqları” İctimai Birliyinin 2 günlük yaz düşərgəsində baş tutub. Tədbirdə Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən həssas qrupdan olan uşaqlar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.Tədbirin davamında uşaqlar üçün açıq səma altında master klass keçirilib.Master klassda düşərgə iştirakçıları tərəfindən vətənpərvərliyi ,müstəqilliyi, konstitusiya və suverənliyimizi özündə əks etdirən rəsmlər çəkilib. Eyni zamanda yaz düşərgəsi ərzində uşaqlar əyləncəli vaxt keçirərək, müxtəlif oyunlar oynayıb və əyləncəli gəzinti təşkil olunmuşdur. Qeyd edək ki, bu tədbir uşaqlar üçün həm əyləncə, həm də bilgi dolu olub.