“BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ”
Baxış sayı: 531
Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Bu sözləri YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova 28 may Müstəqillik gününə həsr edilmiş konfransdakı çıxışında səsləndirdi.