“BEŞBARMAQ DAĞI” QORUĞUNA GEDƏNLƏRƏ BU XİDMƏTLƏR GÖSTƏRİLƏCƏK

Azərbaycan Prezidentinin 8 iyun 2020-ci il tarixli Sərəncamına əsasən Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib.

Sərəncama əsasən qoruğun idarə edilməsi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə tapşırılıb:Artıq Sözü gedən qurum yaxın zamanda bu ərazidə işlərə başlayacaq.Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, "Beşbarmaq dağı" ölkənin milli tarixi üçün böyük əhəmiyyət kəsb edir. Hər il bu ərazini on minlərlə yerli və xarici turist ziyarət edir. Kənan Quluzadə əlavə edib ki, qeyd olunan yeni qoruq idarəsinin tərkib hissəsi kimi ziyarətçilərə müxtəlif xidmətlər təklif edəcək. Beşbarmaq dağından piyada gəzinti yolları ilə turistlərə ətrafda yerləşən palçıq vulkanlarına və nadir landşafta sahib Xızı rayonuna (Altıağaca) doğru piyada gəzintilərin, safari turlarının təklif edilməsi və həmçinin dünyada populyarlıq qazanan “Quş Müşahidəsi” turizminin inkişaf etdiriməsi də planlaşdırılır:Agentlik rəsmisi,dini turizm məhsullarının inkişaf etdirilməsi məsələsinə toxunaraq qeyd edib ki, Sonda onu da xatırladaq ki, əldə olunan gəlirlər həmin turizm nümayiş obyektinin saxlanılmasına və fəaliyyətinin tənzimlənməsinə yönəldiləcək.