“BAYRAĞA SƏDAQƏT ANDI “ İÇƏN MƏKTƏBLİLƏR...

Məktəblilər gündəlik olaraq məktəbə də bayraqlı qalstukları ilə gəlirlər.Siniflərini başdan başa bayraq rəngləri ilə bəzəyən məktəblilər hər gün Azərbaycan bayrağına sədaqət andı da içirlər.Əməkdaşlarımız sözügedən sinif otağının iziylə üz tutublar Xacmaz rayonu 7 nömrəli tam orta məktəbinə.

Bu məktəbliləri və sini otağını görmək sizə də maraqlıdırsa bizi izləməyə davam edin. Görüntülər Xaçmaz rayonu 7 nömrəli tam orta məktəbdəndir.Bu məktəbin ibtidai sinif şagirdləri hər gün dərsə başlamazdan öncə Azərbaycan bayrağına sədaqət andı içirlər.Bayrağa xüsusi sevgisi olan bu məktəblilər gündəlik olaraq məktəbə də bayraqlı qalustukları ilə gəlirlər.Hətta sinif müəllimləri də bu maraqlı təşəbbüsdə onlara dəstəkdir. Məktəb partalarına belə göy ,qırmızı, yaşıl rəngli örtüklər səriblər.Üzərinə qoyduqları kiçik ölçülü bayraqlar isə yaradılan gözəlliyi tam olaraq tamamlayır.