“AZAD QADIN” HEYKƏLİ SÖKÜLÜR?

Artıq bir müddətdir ki, Bakıda “Azad qadın” heykəlin ətrafı hasara alınıb, söküntü işlərinə başlanılıb.Bu da insanlar arasında belə bir fikir yaratmışdı ki, heykəli sökürlər. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti açıqlama verib. Yasamal rayonu, metronun “Nizami” stansiyası yaxınlığında yerləşən “Azad qadın” heykəlinin ətrafının hasara alınması insanları təşvişə saldı. Belə fikir yaranıb ki, Azad Qadın abidəsi sökülür. Amma məsələ heç də vətəndaşların düşündüyü kimi deyil. Ərazidəki heykəlin sökülməsinə dair məlumat həqiqəti əks etdirmir. Bakı şəhəri Təmir-tikinti və Kommunal xidmətləri ərazidə bərpa-abadlıq işləri aparır. Eyni zamanda ərazidə əlilliyi olan şəxslərin də rahat hərəkəti təmin olunacaq. Belə ki, parkın ətrafında panduslar düzəldiləcək.