“ASAN KÖNÜLLÜLƏR” QAFQAZ TV-DƏ

Quba regional “ASAN xidmət” mərkəzinin “ASAN Könüllülər” təşkilatı nümayəndələri Qubadan yayımlanan ölkənin tək turizm və biznes kanalı olan Qafqaz tv-də olublar. “ASAN Könüllüllər” təşkilatı nümayəndələrinə ilk olaraq televiziyanın çalışma yönləri ilə bağlı bilgilər verilib, televiziyanın hazırladığı layihələrin başlıca məqsədləri anladılıb. Bundan başqa Qafqaz televiziyasında gənclər üçün təcrübə proqramının olduğu, təcrübə proqramını bitirən gənclərin sonda sertifikatla təmin edildiyi ilə bağlı da bilgi verilib. Bildirilib ki, bu günə qədər Qafqaz TV-də təcrübə keçən gənclər sonrakı yaşamlarında uğurlu karyera qurmaq imkanları qazanıblar. Qafqaz tv haqqında bilgiləndirmədən sonra “ASAN Könüllülər” televiziyanın texniki imkanları, yayım və burada gedən iş prosesi ilə tanış olublar. “ASAN Könüllülər” təşkilatının nümayəndəsi Sevil Salmanova televiziya və burada gedən iş proseləri ilə yaxından tanışlıq imkanları yaradıldığı üçün Qafqaz TV rəhbərliyinə və yaradıcı birliyənə “ASAN Könüllülər” adından öz təşəkkürünü bildirərək gəlişlərinin məqsədi ilə bağlı bilgi verib. Qafqaz tv-na səfərin sonunda Quba regional “ASAN Xidmət” mərkəzinin “ASAN Könüllülər” təşkilatı nümayəndələri ilə xatirə şəkilləri çəkdirilib.