“3+3” PLATFORMASI İRANA YENİ İMKANLAR YARADIR
Baxış sayı: 947
“İranla Azərbaycan arasındakı münasibətlərin bir qismi də regional əməkdaşlıqla bağlıdır”.Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib. Nazir qeyd edib ki, bölgədə regional əməkdaşlıq gücləndirilir. “Burada “3+3” formatındakı əməkdaşlıq platforması da önəmlidir. Bu platforma İrana da yeni imkanlar yaradıb və biz bunu dəyərləndiririk”, - deyə Abdullahian deyib. Burada çox maraqlı bir məqam var. Əvvəl “3+3” formatını qəbul etməyən İran tərəfi, necə oldu ki, sonradan bu formatı dəstəklədi.