ƏTLƏ BU 3 QİDANI YEMƏK OLMAZ!!!

Ağır yemək hissini yüngülləşdirmək və bağırsaq funksiyasını yaxşılaşdırmaq üçün tərəvəzləri, probiyotikləri və bir sıra digər məhsulları ətlə birləşdirmək daha yaxşıdır. Qafqaz TV Medicina.az-a istinadən xəbər verir ki, bu barədə qastroenteroloq və hepatoloq Sergey Vyalov danışıb. Mütəxəssis ilk növbədə uyğunsuz qidaları açıqlayıb: "Mayonez, ağ çörək, kartof qızartması. Belə yeməklər ağırlığa səbəb olur və bağırsaqların işini poza bilər. Həmçinin ət yedikdən sonra şirniyyat yeməməli, çay içməməlisən. Turşu kələm, xiyar, probiotiklər və həzm fermentləri isə yaxşı qəlyanaltı ola bilər. Ha belə ət yeməyindən sonra təzə tərəvəzlərlə qidalanmaq da uyğun hesab olunur. Lif yağları həzm etməyə kömək edir və C vitamini dəmirin udulmasını yaxşılaşdırır". Onun sözlərinə görə, kabab və qril üçün desertlər əvəzinə ananas, kivi, bir sözlə sitrus meyvələri götürmək daha yaxşıdır. Onların tərkibində olan fermentlər zülalları parçalayır və ağırlığı azaldır. Həkim onu da vurğulayıb ki, ayran, kefir və qatıq piyi neytrallaşdırır, mədə yanmasını, mikrofloranı dəstəkləyir. Nanə, limon, zəncəfil və yaşıl çay öd ifrazını yaxşılaşdırmağa və qızartmanın zərərini azaltmağa kömək edir. Əti və kababı, çalışın ki, çörəklə deyil, lavaşla yeyəsiz.