ƏTİN QİYMƏTİ UCUZLAŞACAQ?
Baxış sayı: 796
Baş nazir Əli Əsədovun imzalağıdı növbəti qərardan sonra yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış oldu. Bu hüquqi bazanın təşkili ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. İqtisadçılar bildirir ki, qərarın qəbul edilməsi sahibkarlığın inkişafına təkan verəcək, mal-qaranın sayı artacaq. Nəticədə isə yem ucuz başa gələcək. Həmçinin, aparılan bu islahatlar ərzaq bazarında bahalaşmanın da qarşısını almağa təkan verəcək.