ƏSGƏRLƏRİMİZ ƏRAZİYƏ SƏRHƏD DİRƏKLƏRİ YERLƏŞDİRİR

Ermənistanın Tavuş vilayətinin Kirant kəndindən Qazaxın kəndlərinə gedən yolda minatəmizləmə işləri aparılır. Bu barədə “Hraparak” nəşri bilgi yayıb.Nəşr yazır ki, polis xüsusi

əməliyyat keçirildiyini bildirərək sakinləri yoldan uzaqlaşdırıb. Hazırda Kirantdan keçən dövlətlərarası yol bağlıdır.Verilən bilgiyə görə, Kirantdan Qazaxın təhvil verilməsi nəzərdə tutulan kəndlərinə gedən yolun əksər hissəsi minalardan təmizlənib, artıq əraziyə sərhəd dirəkləri yerləşdirilib. Nəşr onu da bildirir ki, Ermənistan tərəfi həmin ərazidə demarkasiya prosesinə uyğun olaraq ən mühüm mövqeləri Azərbaycana təhvil verib. Sərhəddə proses yekunlaşana kimi əraziyə, hətta ümumilikdə kəndə girişin belə məhdudlaşdırılacağı qeyd olunur.