ƏSGƏRLƏRİMİZ ERMƏNİ HİYLƏSİNƏ ALDANMADI
Baxış sayı: 467
Ermənistan Müdafiə Nazirliyinin yaydığı bilgi təkzib edildi. Müdafiə Nazirliyindən verdiyi bilgiyə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Nazirlik Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edir. Qeyd edək ki, ötən gün Gorus istiqamətində postda erməni hərbçilərinin törətdikləri təxribatın videogörüntüləri yayılıb. Ölkəmizlə həmsərhəd ərazidə qeydə alınan hadisə zamanı içkili vəziyyətdə olan ermənilər nalayiq sözlər səsləndirməklə, sanki azərbaycanlı hərbçiləri təxribata sövq etməyə cəhd göstərib. Onlara qarşı silah tədbiq edilməsinə çalışıblar. Bu vəziyyətdə yalnız Azərbaycan əsgərinin təmkinli davranışı təxribatın qarşısını alıb.