ƏSAS MƏQSƏDİM DİALOQSUZ FİLM ÇƏKMƏK İDİ

Litvada keçirilən "GoDebut Avropa Film Festivalı"nın müsabiqə bölməsinə seçilən gənc rejissor Amil Amalın "Titrəmə" filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında istehsal olunub. Filmin mövzusu bir ayağını mina partlayışı zamanı itirmiş əsgərin dramı üzərində qurulub. Ayağını itirən əsgər böyük sarsıntılar keçirir və bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Əslində filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir.