ƏRƏBLƏR QURBAN BAYRAMINI BAKIDA KEÇİRƏCƏKLƏR
Baxış sayı: 754
Birləşmiş Ərəb Əmirliklərinin “Səyidəti” qəzeti bu ölkənin vətəndaşları üçün Qurban bayramında ən yaxşı turizm marşrutlarının Bakı və Omanın Sələləh şəhəri olduğunu yazıb. Məqalənin müəllifi Bakının ecazkar mənzərəsi, görməli yerləri – Qız qalası, Alov qüllələri, bulvarı, Fəvvarələr meydanı və tarixi məkanları barədə ətraflı məlumat verib. O, həmçinin Azərbaycan paytaxtının əcnəbi turistlər üçün ən təhlükəsiz şəhər olduğunu diqqətə çatdırıb. Bakı ilə yanaşı, BƏƏ nəşri Omanın Sələləh şəhərini də ən yaxşı turizm istiqaməti kimi təqdim edib. Paytaxt Muskatın min kilometrliyində yerləşən bu ecazkar məkan özünün qədim tarixi abidələri ilə məşhurdur.