ƏRDOĞANLA PAŞİNYAN ARASINDA GÖRÜŞ KEÇİRİLƏCƏK

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada 44 ölkənin liderlərini bir araya gətirəcək Avropa Siyasi Birliyinin ilk iclası keçiriləcək. Sammitin keçirilməsi Fransa Prezidenti Emmanuel Makron tərəfindən təklif edilir. Avropa ölkələrinin liderlərinin bir araya gəldiyi toplantıda Rusiyaya güclü mesajların veriləcəyi, sülh-təhlükəsizlik, enerji-iqlim, iqtisadiyyat, miqrasiya-nəqliyyat mövzularına diqqət yetiriləcəyi gözlənilir. Qeyd edək ki, Praqada həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Liderlər Bakı vaxtilə saat 6-da Praqa qalasında bir araya gələcəklər. Görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparılacaq. Rusiyanın TASS agentliyinin məlumatına görə isə rəsmi Ankara tərəflərin ilk görüşünün iki dövlət arasında münasibətlərin normallaşmasına xidmət edəcəyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə başlanacağını istisna etmir. Qeyd edək ki,Praqa görüşü Paşinyanın 2018 – ci ildə hakimiyyətə gələsindən sonra Türkiyə lideri ilə ilk görüşü olacaq.