ƏRDOĞAN PUTİNLƏ ZELENSKİNİ BİR ARAYA GƏTİRƏ BİLƏR
Baxış sayı: 527
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan oktyabrın 13 – də Astanda rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Ukraynada diplomatik nizamlamanın mümkünlüyü və Ankarının bu prossesdə mümkün vasitəçiliyini müzakirə etməyi planlaşdırır. Bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın bilgi verib. Türkiyə hesab edir ki, diplomatiyanın qapıları həmişə açıq saxlanılmalıdır. Bu günə qədər Türkiyə Ukraynada nizamlanma üçün yol xəritəsi təklif edə bilən yeganə ölkədir. Zelenski ilə Putini danışıqlar masası arxasına gətirə biləcək yeganə lider olan Prezidentimiz Ukraynada diplomatik nizamlanma və bu prossesdə vasitəçilik imkanlarını müzakirə etmək niyyətindədir – deyə İbrahim Kalın əlavə edib.