ƏRDOĞAN PAŞİNYANA ŞƏRT QOYDU
Baxış sayı: 512
Erməniustan Baş Naziri Nikol Paşinyanla görüşümüz səmimi keçdi. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransında bildirib. Türkiyə lideri deyib ki, görüş zamanı bəzi tələblər olub. Ərdoğan sərhədlərin açılması üçün bu ölkəyə çağırış da edib. Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayin – deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz. Ermənistan hökumətinin görüşlə bağlı açıqlamasında isə bildirilib ki, Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Qeyd olunub ki, görüş zamanı iki ölkənin xüsusi nümayəndələrinin müzakirələri nəticəsində əldə olunmuş razılaşmaların tezliklə həyat keçirilməsinin zəruriliyi vurğulanıb.