ƏRDOĞAN İLHAM ƏLİYEVLƏ NƏLƏRİ MÜZAKİRƏ EDƏCƏK ?

Türkiyə və Azərbaycan xalqı, habelə hər iki ölkənin liderləri daima bir- birinin yanındadır. Mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda 52 faiz səslə qalib

gələn Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edənin də məhz Azərbaycan prezidentinin olması bu qardaşlığın bariz nümunəsidir. Türkiyə lideri isə bu qardaşlığın və səmimiyyətin qarşılığında innaqurasiya mərasimində Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyevaya xüsusi təşəkkür etdi.  Türkiyə ilə ikitərəfli əlaqələrimizin yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Prezidenti yenidən Prezident seçiləndən sonra ilk səfərini məhz Azərbaycana edir. Qeyd edək ki, bu səfər dövlət səfəridir. Ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında dövlət səfərləri isə ilk sırada, Ali səviyyə sayılır. Ərdoğanın ilk dövlət səfərinin Şimali Kiprin ardınca etməsi də dövlətlərimiz arasındakı münasibətlərin ən yüksək həddinin, ölkələrarası dostluq və əməkdaşlığın ən Ali səviyyəsinin nümayişidir. Qafqaz TV Türkiyə Prezident Administrasiyasına istinadən bildirir ki, Prezident Ərdoğan həmkarı İlham Əliyevlə Ankara-Bakı xəttində əməkdaşlığın daha da artırılmasını müzakirə edəcəklər. Ərdoğan və Əliyev Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də masaya yatıracaq və Qafqazda daimi sülh və sabitliyin təmin olunması üçün birgə mesajlar verəcəklər.