ƏN SƏRFƏLİ İSTİRAHƏT MƏKANI

Artıq yay mövsümü başlayıb. İnsanın içində təbiət qoynunda olub, qışın bütün ağırlığını atıb, həm fiziki, həm də ruhən dincəlmək hissi baş qaldırır. Yəqin ki, çoxu bu zaman istirahət üçün elə bir məkana üstünlük vermək

istəyir ki, istirahət üçün gərəkən bütün xidmətlər bir arada olsun. Bu məkana getdiyində həm sağlamlıq turizmindən, həm meşə, dağ turizmindən, həm otel xidmətlərindən və s. yararlana biləsən. Belə bir məkanda ailənin kiçik üzvləri üçün xüsusi əyləncə guşələrinin, uşaq parklarının olması lap yerinə düşərdi. Bəs ilin bütün fəslində, özəlliklə yay aylarında həm təbiəti gözəl olan, həm də belə səmərəli istirahətin ünvanı hara ola bilər? Əgər artıq yay tətilinə çıxmaq haqqında plan qurursunuzsa, o zaman yəqin ki, Xızı rayonunun Altıağac kəndində yerləşən “Cənnət Bağı” sizin üçün maraqlı məkan olar. Beləki, təbiətin bəxş etdiyi bütün gözəlliklərlə əhatə olunan Altıağac “Cənnət Bağı” yay turizm mövsümündə təbiətdən zövq alamaq istəyən, eyni vaxtda sağlamlıq turizm imkanlarından yararlanmaq, komanda şəklində müxtəlif oyunlar keçirmək, sağlam və orqanik qidalar qəbul etmək, övladları ilə gözəl və əyləncəli gün yaşamaq istəyənlərin məkanıdır.

İstirahət mərkəzində aktiv istirahət etmək istəyənlər üçün futbol, basketbol və voleybol meydançası,tennis kortu,fitnes zalı,boulinq zalı,hovuzlar,motokross, kanat yolu, atıcılığ,tir,paintball, stolüstü oyunlar, atçılıq da var.

İstirahət mərkəzi gözəl təbiət mənzərələri ilə əhatə olunmaqla bərabər nəznində çalışan “Altay Maral” sağlamlıq mərkəzi bura istirahətə gələnlərə bu xidmətlərdən yararlanmaq imkanı qazandırır. Altıağac Cənnət Bağındakı Zoopark uşaqdan böyüyə hər kəsi özünə heyran edir.