ƏN BÖYÜK HÜQUQ POZUCULARI SAVAŞLARDIR

İnsan hüquq və azadlıqlarının təmin edilməsi çağdaş dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcа özəyi sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Amma savaşların olduğu bir dünyada bəzən bu dəyərlər qorunmur. Gəncləri maraqlandıran ən önəmli məsələ də bu oldu. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Qubadakı Heydər Əliyev Mərkəzində təşkil edilən dəyirmi masa arxasında əyləşən gəncləri ən çox bu məslələr maraqlandırdı. “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil edilən tədbirdə Quba rayon İcra Hakimiyyətinin, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin nümayəndələri və rəsmiləri, rayonda fəaliyyət göstərən müxtəlif idarə və təşkilatların əməkdaşları və gənclər iştirak etdilər. Gənclərin də iştirakı ilə dəyirmi masanın təşkil edilməsində məqsəd “İnsan Hüuqları Aylığı” çərçivəsində əhalinin qanunvericiliklə nəzərdə tutulmuş hüqularının qorunması sahəsində vəziyyət və hüuqi bilgililiyin təmin edilməsi imkanlarının təkmilləşdirilməsi üzrə qarşıda duran vəzifələr, həlli vacib olan məsələlərin önəmi ətrafında müzakirə oldu.