İyunun 27-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib. Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri
Fuad Nağıyev Turizm Agentlikləri Assosiasiyasının fəaliyyətə başlamasının formalaşan turizm
O bildirib ki, yeni yaradılan Assosiasiyanın fəaliyyətinin əsas məqsədi turizm agentliklərini bir araya gətirərək mövcud potensialı inkişaf etdirməkdir. Turizmdə xidmət səviyyəsinin keyfiyyətinin ən vacib amillərdən biri olduğunu vurğulayan Fuad Nağıyev Assosiasiyaya fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid tədbirdə çıxış edərək turizm sənayesinin təşkilatlanmasının ümumi hədəflərə çatmaq üçün xüsusi əhəmiyyət kəsb etdiyini, Azərbaycan Hotel Assosiasiyasının və Azərbaycan Bələdçilər Assosiasiyasının, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yaradılmasının bu istiqamətdə atılmış uğurlu addımlardan olduğunu bildirib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev təşkilatın turizm agentliklərinin maraqlarını təmsil edərək dövlət-özəl sektor əməkdaşlığının təşviqinə xidmət edəcəyini qeyd edib, görüləcək işlər, məqsədlər və gələcək fəaliyyət haqqında məlumat verib.
Tədbirin sonunda Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər şəxləri turizm agentlikləri və sahibkarları maraqlandıran sualları cavablandırıblar.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ölkədə turizm agentliklərinin fəliyyətinə dəstək olmaq, mövcud çatışmazlıqları aradan qaldıraraq birgə inkişafa nail olmaq və əməkdaşlıq imkanlarını genişləndirmək məqsədini daşıyır.