ƏLİ XAMENEİ : “MÜSƏLMANLARIN QARŞISINI HEÇ KİM ALA BİLMƏYƏCƏK”

İsrail Qəzzanı bombalamaqla müharibə cinayəti törədib. Bunu İranın dini lideri

Əli Xamenei bu gün Tehranda xüsusi istedadlı tələbələrlə görüşü zamanı deyib. O, İsrailin mühakimə olunmasının vacibliyinə toxunub : - “İşğalçı İsrail dövləti mühakimə edilməlidir. Əgər hücumlar dayandırılmasa, müqavimət cəbhəsi və müsəlmanların qarşısını heç kim ala bilməyəcək. Bu, dərhal dayandırılmalıdır”.- deyə Əli Xamenei əlavə edib. Dini lider, həmçinin, İsrailin Qəzzanı bombalamasının arxasında ABŞ-ın dayandığını iddia edib.Qeyd edək ki, Əli Xameneinin bugünkü çıxışında əsas diqqət çəkən məsələ “İsrail dövləti” ifadəsini işlətməsidir. İran rəhbəri bundan əvvəl İsraili hər zaman “müvəqqəti sionist rejimi”, “işğal-i Fələstin”, “işğalçı rejim” adlandırıb.

 

{youtube}pglJrClwxs8{/youtube}