Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonun turizm patensialı böyük olan, lakin heç də hamı tərəfindən tanınmayan, adını çoxları eşitsə də, heç də hamının gedib görə bilmədiyi ən ucqar məkanlarda olub.
Qubanın görməli-gəzməli yerlərindəndir Xınalıq-Şahdüz-Şahdağ istiqamətindəki ərazilər. Bu yerlərin təbii sehri coğrafi mövqeyinin sərtliyini, yollarının sərt keçimliyini və təhlükəliliyini kölgədə qoyur.2350 metr yüksəklikdəki əfsanəvi Xınalıqdan üzü Şahdağ istiqaməti Qubada adı dillər əzbəri olub lakin çoxumuzun görüb-gəzmədiyimiz füsunkar təbiətli, turizm potensiallı ərazilərdəndir. Xınalıq Atəşgahı yerli və əcnəbi turistlərin ən çox sevdiyi, gəzib-dolaşılmasından doymadığı məkanlardandır. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və müvafiq qurum rəhbərlərinin Xınalıq-Şahdağ yolçuluğunda bu Atəşgaha da baş çəkmələrinin qayəsi turizm potensiallı bu ərazilərin perspektivinin və tanıdılması işlərinin müəyyənləşdirilməsi idi. Bu yerlərin təbii sehrini dadan rusiyalı turistlərlə söhbətin məğzi isə qonaqların mənalı istirahətlərində, rahat gəzimlərində hər hansı bir çətinliyin olub-olmamasını öyrənmək idi. Baxdiqca hüsnündən doyulmayan bu yerlər məmləkətimizin yenilməzlik, vüqar və hünər nişanələridir.Boy boya verən Şahdağ, Babadağ, Tufandağ və Bazardüzündə zirvəlik şərafəti dadmamaq mümkün deyil.Şahdüzü isə adını sadaladığım bu başı qarlı, vüqarlı dağlarımızın əl verib tutuşduğu ərazidir.Qudyalçayın Şahdüzündən axan hissəsi el arasında Şahnabat adlandırılır.Zirvədə olanda Şahnabat Şahdağ, Babadağ, Tufandağ və Bazardüzünün qovuşduğu Şahdüzünün yanaqdan süzülən sevinc yaşıdır sanki. Onu da qeyd edək ki, turistlərin daha çox sevib maraq göstərdiyi bu yerlərin turizm potensiallığı və perspektivliyi mükəmməldir.Qalır bu potensiallığı dəyərləndirib bu yüksək perspektivdən bəhrələnmək. Bu istiqamətdə Quba rayon icra hakimiyyətinin nəzərdə tutduğu tədbirlər ümidverici və təqdiredicidir.