ŞƏHİDLƏRİN XATİRƏSİNƏ HƏSR EDİLƏN TURNİR KEÇİRİLİB
Baxış sayı: 459
Qusar rayon Olimpiya İdman Kompleksində şəhidlərin əziz xatirəsinə həsr edilən yarış keçirilib.Turnir Dövlət Himnin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizn xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə açıq elan olunub. Fudokan idman növü üzrə keçirilən respublika turnirinə uşaqlar, yeniyetmələr və gənclər qatılıb. Fudokan üzrə Açıq Respublika turniri Dünya Fudokan Federasiyasının Azərbaycan üzrə nümayəndəliyi, Qusar rayon Gənclər və İdman İdarəsinin birgə dəstəyi ilə baş tutub. Tədbirdə şəhid ailələri, qazilər, dövlət rəsmiləri, idman ictimayyəti qonaq qismində iştirak edib. 200 nəfərə qədər idmançı qalibiyyət uğurunda mübarizə aparıb. Turnir ərzində şəhid valideynlərinə də diplomlar təqdim edilib, həmçinin gənc idmançılara masterklasslar nümayiş etdirilib.