ŞƏHİDLƏRİN TORPAĞA KÖK ATAN XATİRƏSİ
Baxış sayı: 518
Bu gün əkilən ağaclar gələcək nəsillərə Anım Gününüm tarixini xatırladacaq. Hər bir ağac şəhirlədrimizin çiçəkləyən, arzularının yerinə yetdiyinin simvoludur. Bu sözləri AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı 27 sentyabr Anım Günü ilə bağlı keçirilən ağacəkmə aksiyasında dedi.
44 günlük Vətən Müharibəsinin, şanlı Zəfər tarixinin ehtiramla yad edildiyi 27 sentyabr günü Qubada ağacəkmə kompaniyası ilə başladı. Rayonun yaşıllıq zolağı az olan ərazisində həmişə yaşıl ağaclar əkildi. Ağacəkmə aksiyasında Quba rayon İcra hakimiyyətinin başçısı aparatının rəsmiləri, hüquq- mühafizə orqanı əməkdaşları, müxtəlif yerli təşkilatların nümayəndələri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdi.