ŞƏHİDİMİZİN DOĞUM GÜNÜ QEYD EDİLDİ

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də,

Azərbaycan Ordusunun əsgəri, Vətən müharibəsi şəhidi, Musa Məhəmmədovdur. Musanın şəhid olmasından 3 ilə yaxın vaxt ötür. Əgər sağ olsaydı yaxınları iləbirlikdə 21 yaşını qeyd edəcəkdi. Musa cismən aramızda olmasada, ancaq qubalılar qəhraman oğullarını unutmur, onun doğum gününə yığışmışdılar.  Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhid Musa Məhəmmədovun xatirəsini əbədiləşdirmək məqsədilə şəhidin doğulub boya-başa çatdığı Zərdabi qəsəbəsində inşa olunan “Şəhid bulağı” , sonra isə kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub. Anım tədbirinə qatılanlar Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Musa Məhəmmədovun 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, "Cəngavər" döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olduğunu qeyd ediblər.Musa Məhəmmədovun döyüş şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə o ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə”  medalları ilə təltif olunub. Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

{youtube}I0Y2xmkX6es{/youtube}