ŞƏHİD ÜMİD HƏSƏNOVUN 3 MƏRASİMİ KEÇİRİLİB
Baxış sayı: 630
Sentyabrın 16-da Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun İsnovqışlaq kəndində 12-13 sentyabr 2022-ci il tarixlərdə düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ümid İlqar oğlu Həsənovun üç mərasimi keçirilib.
Mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, kənd və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Ümid Həsənov sentyabrın 14-də doğulub boya başa çatdığı İsnovqışlaq kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Quba rayon İcra Hakimiyyətinin rəsmiləri, Millət Vəkili Vahid Əhmədov, müxtəıif dövlət qurumlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.