ŞƏHİD XTQ ƏSGƏRİNİN DOĞUM GÜNÜ QEYD EDİLİB

Şabran royonunda Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri şəhid Xəyal Həsənov doğum günündə bir daha anılıb. Şəhidin doğum günü Azərbaycan Ordusunun Xüsusi Təyinatlılarının şəhid əsgəri Xəyal Həsənovun Şabran rayonun Surra kəndindəki ata ocağının qarşısında qeyd edildi. Mərasimdə şəhidin yaxınları, qazilər, şəhid valideynləri rayon ictimaiyyəti, pedaqoqlar, və məktəblilər iştirak edib. Şəhid Xəyal Həsənovun xatirəsinə həsr olunmuş tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizn əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olunub. Dövlət himni səsləndirildikdən sonra söz tədbir iştirakçılarına verilib. Şəhidin atası Əliyulla Həsənov ağrılı da olsa oğlu Xəyalla haqqında danışaraq, şəhid oğlu ilə qürur duyduğunu dilə gətirdi.