ŞƏHİD VALİDEYNLƏRİ JURNALİSTLƏRİ TƏBRİK ETDİLƏR

"Vətən Naminə" İctimai Birliyinin təşkilatıçılığı ilə Qubada Milli Mətbuat günü qeyd edildi. Milli Mətbuat Günündə İctimai birliyin düzənlədiyi tədbir mətbuat nümayəndələrinə qürurverici

anlar yaşadıb. B. Səfəroğlu adına mədəniyyət mərkəzinin direktoru, jurnalist Ramiz Ramazanlının moderatorluğu ilə başlanan tədbirdə ilk olaraq torpaqlarımızın azadlığı uğurnda canlarından keçən şəhidlərimizin anıldı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirildi. Çıxış üçün ilk söz şəhid Miqdad Abduləlimovun anası, "Vətən Naminə" İctimai Birliyin sədri Tünzalə Abduləlimova verildi. 22 İyul Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edən birlik sədri vurğuladı ki, media nümayəndləri istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonra çox fədakarlıqlar göstəriblər. Və tədbirin keçirilməs    ində də əsas məqsəd daim şəhid ailələrinin yanında olan jurnalistləri təbrik edib, onlara təşəkkür etməkdir. Tədbirdə çıxış edən şəhid valideynləri fürsətdən istifadə edib çətin analrında onlarla bir olan, özlərinin də dedikləri kimi, onların göz yaşlarını əlləri iıə silib səbr diləyən jurnalistlərə dərin təşəkkürlərini bildirdilər.  22 İyul Milli Mətbuat günü ilə bağlı keçirilən tədbirdə çıxış edən jurnalsitlər isə öz növbələrində vətən uğrunda canlarından keçməyi bacaran qəhrəman oğullar böyüdən şəhid valideynlərinə öz təşəkkürlərini bildirərək vurğuladılar ki, məhz şəhidlərin ailə üzvləri tərəfindən onlar üçün təşkil edilən tədbirə qatılmaq çox qürurvericidir. Çıxışlardan sonra tədbirə dəvət olunan jurnalistlərə fəxri fərmanlar təqdim olunub.   Xatirə şəkilləri çəkildikdən sonra Milli Mətbuat Gününə həsr olunan tort kəsilib.