Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Birinci Nügədi kənd inzibati ərazi dairəsinin Qaraçay qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon
Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinlərinə ətraflı bilgi veriib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Qaraçay qəsəbə tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsi ilə tanış olub.