ŞƏHİD FƏRİD ALİMOVUN ANIM MƏRASİMİ KEÇİRİLDİ
Baxış sayı: 590
Qubanın Yeni Güləzi kəndində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, şəhid Fərid Alimovun şəhidlik zirvəsinə ucalmasının il dönümü qeyd edildi. Şəhidin anım mərasimi doğulub böyüdüyü Yeni Güləzi kəndindəki evində keçirildi. Şəhidin anım günündə Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev, Hüquq mühafizə orqanı əməkdaşları, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin zabit və əsgər heyəti, din xadimləri və kənd sakinləri iştirak ediblər. DSX-nin Sərhəd Qoşunlarının kiçik gizirinin anım mərasimində şəhidin ruhuna dualar oxunub, onun sərhədlərimizn toxunulmazlığının keşiyində göstərdiyi şücaətdən danışılıb. Şəhid Fərid Alimovun anası Məhbubə Alimova deyir ki, 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuş Fəridin arzusu uşaqlıqdan hərbiçi olmaq olub. Elə Vətən Müharibəsinə gedərkən arzusunda olduğu şəhidlik zirvəsi kimi.