ŞUŞAYA TURİST SƏFƏRLƏRİ BAŞLAYACAQ
Baxış sayı: 498
Dövlət Turizm Agentliyi Şuşa şəhərinə turizm məqsədli səfərlərin təşkil edilməsi üçün işləri yekunlaşdırmaq üzrədir. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. O, bu barədə rəhbərlik etdiyi qurumun və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”ndə danışıb. “Vətəndaşlarımız digər yerlərə olduğu kimi Şuşaya da turizm məqsədli səfərlər edə biləcəklər”, - deyə o qeyd edib. Qeyd edək ki, 2025-ci ilə qədər Qarabağa bir milyona yaxın turistin səfəri gözlənilir. "Yolumuz Qarabağadır" layihəsi çərçivəsində artıq bir neçə marşrut təqdim edilib. Bunun üçün xüsusi dəhlizlər yaradılacaq. Təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş dəhlizlər vasitəsilə səfərlər baş tutacaq. Səfərlər öncə daxili turizm üçün nəzərdə tutulub.