ŞUŞADA ATATÜRKÜN ADI ƏBƏDİLƏŞDİRİLDİ

Şuşanın əsas küçələrindən birinə Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı verilib. Bununla bağlı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tvitter hesabında paylaşım edib. Şuşanın mərkəzi küçələrindən birinə Atatürkün adı verilib. Təşəkkürlər deyə diplomat sosial şəbəkədəki hesabında yazıb. Qeyd edək ki, Atatürk küçəsi Böyük Vətən müharibəsi qəhramanı Aslan Qaraşarovun adını daşıyan küçə ilə kəsişmədə yerləşir.