ŞUŞA TEATRINDA “BOY ÇİÇƏYİ” TAMAŞASININ PREMYERASI OLUB
Baxış sayı: 473
Şuşa Dövlət Musiqili Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” və ya “Sən həmişə mənimləsən” pyesi əsasında səhnələşdirilən “Boy çiçəyi” tamaşasının premyerası olub. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Səhnə əsərində rolları Əməkdar artistlər Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Zəhra Salayeva və Püstəxanım Zeynalova ifa ediblər.Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.Ata qayğısından məhrum Nargilənin zavod direktoru Həsənzadəyə məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir. Görkəmli Azərbaycan dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” və ya “Sən həmişə mənimləsən” pyesinin yazılmasından 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq, əsər bu gün də sevilir, tamaşaçı zövqünü oxşayır.