ŞUŞA BU GÜN
Baxış sayı: 539
Qafqazın mirvarisi, Qarabağın döyünən ürəyi olan Şuşada bu gün yenidənqurma işləri gedir. Vaxtilə ermənilərin məskən saldığı ərazilər öz sakinlərini ağuşuna alır. Bu gün artıq Azərbaycan, reallıqlarını ortaya qoyub. Öz doğma el-obasında abadlıq-quruculuq işlərinə başlanılıb. İşğaldan azad edilən Şuşamızda böyük işlər həyata keçirilir və bu, Şuşa şəhərinin baş planı əsasında reallaşır. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Azərbaycanının Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Kadrlardan da göründüyü kimi aparılan işlər Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə əminlik yaradır. Qısa bir zamanda reallaşan işlər torpağa məhəbbətdən qaynaqlanır. Və əlbətdə ki, bu hamıdan çox illərdir öz doğma yurd – yuvalarına həsrət qalmış şuşalıları sevindirir. Bəli, bu gün Şuşa gündən günə inkişaf edir, tarixi əzəmətini bərpa edir və sürətlə işğaldan əvvəlki xoşbəxt çağlarına qovuşmağa çalışır. Şuşanın ən böyük sevinci isə illərdir həsrətini çəkdiyi doğma sakinlərinə yenidən qovuşmasıdır.