Alimlər Şotlandiyada Stounhencdən də qədim süni adalar aşkar ediblər. Bu tapıntıya Xarici Hebrid adalarının yerləşdiyi göldə rast gəlinib. İnsan əli tərəfindən hasil edilmiş adaların diametri 10 metrdən 30 metrə qədərdir
və neolit dövrünə (e.ə. 3640 – 3360-cı illər) şamil edilir. Müqayisə üçün qeyd edək ki, Stounhenc isə təxminən e.ə. 2,5 min il əvvələ aiddir.Bundan başqa, adaların yaxınlığında keramikadan qab da tapılıb. Alimlərin fikrincə, bu adalar ziyafət və dini mərasimlərin keçirilməsi üçün yaradılmışdı.
Qeyd edək ki, Birləşmiş Krallıqda yerləşən Stounhenc abidəsi bir-birinin üzərində yerləşdirilmiş daşlardan ibarətdir. O, günəş şüasının düşmə dərəcəsini ölçür.Arxeoloqlar bu abidənin e.ə. 3000 – e.ə. 2000-ci illər aralığında tikildiyini güman edirlər.