ŞİMAL RAYONLARINI ƏHATƏ EDƏN KONFRANS KEÇİRİLİB

Qubada Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qht-Dövlət Əməkdaşlığında Yeni Çağırışlar: İctimai Nəzarət Mexanizmlərinin Gücləndirilməsi” mövzusunda konfrans təşkil edib.Tədbir Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarını əhatə edib. Çıxış edənlər bu yığıncağın region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacağınını qeyd etdi. Həmçinin Konfransın paytaxt və region QHT-lərinin kommunikasiya baxımından da birləşməsinə təkan verəcəyi bildirildi.Vüsal Quliyev onu da bildirib ki, bu sahənin daha da təkmilləşdirilməsi üçün geniş formatda bütün QHT-lərin daha operativ şəbəkələşməsi üçün baza yaradılmalıdır. Daha sonnra çıxış edənlər zona toplantısının QHT nümayəndələri üçün faydalı olacağını və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcəyini vurğulayıblar.