ŞİMAL BÖLGƏSİNDƏ SEÇİCİLƏR ALTI DAİRƏ ÜZRƏ 76 NAMİZƏD ARASINDA SEÇİM EDİRLƏR

Şimal regionunda qeydə alınan seçicilərin sayı 283 min nəfərdən çoxdur.Fevralın 9-da səhər saat 8:00-da şimal bölgəsindəki seçki məntəqələrində də Milli Məclisə seçkilərə start verilib.

Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 366 məntəqədə səs verirlər. Bu regionda 6 deputat yerinə 76 namizəd mübarizə aparır. Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 366 məntəqədə səs verirlər. Bu regionda 6 deputat yerinə 76 namizəd mübarizə aparır. Şimal regionunda qeydə alınan seçicilərin sayı 283 min nəfərdən çoxdur. Onlardan 5 min nəfərə yaxını ilk dəfə səs verən gənclərdir. Şimal bölgəsində olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən bildirilib ki, qarlı hava şəraitinə baxmayaraq, məntəqələrdə səsvermənin ilk anlarından seçici fəallığı müşahidə olunur. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyir. 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər kəsə səsverməni onlayn izləmək imkanı verir.