ŞİMAL BÖLGƏSİNDƏ BİR İLK

Öncə bir arzu yaranır insanın içində. Sonra bu arzu qanadlanıb gerçəkləşməyə doğru uçar. Bir də görür ki, insan, xəyalını qurduğu arzular artıq bir gerçək olub. Elə Xaçmazda öz kiçik

biznesini qurub, bir yenilik etmək istəyində olan Firəngiz Pirverdiyeva kimi.

İndi Azərbaycan rayonları arasında ilk dəfə Xaçmazda yalnız xanımlara xidmət edəcək bir məkan açıldı. Burda xanımlara gözəllik salonu, dayə və kafe xidmətləri göstəriləcək. Bir sözlə indi Xaçmaza qonaq  gələn və Xaçmazlı xanımlar rahatlıqla gəlib Şəms-Nurda əyləşib yemək sifariş edə, dadlı şirniyyatlarla çay içə, kasmetoloji xidmətlərdən yaralana, saç baxımı edə bilər.

Xaçmazlı sahibkar Firəngiz Pirverdiyeva bir yenilik ilə bağlı bilgi verdi ki, bütün şəhid xanımları və anaları üçün xidmətlər pulsuzdur.

Onu da xatırladaq ki, yararsız əşyalara ikinci həyat verərək onları yararlı edib kafe-salonda dekor kimi işlədilməsi doğanı sevən hər kəsi sevindirəcək.

Xaçmaz xanımlar kafe gözəllik salinu

Xaçmazlı sahibkar Firəngiz Pirverdiyeva, Xaçmazda kiçik biznes, Xaçmazda yalnız xanımlara xidmət edəcək bir məkan, Şəms-Nur, yemək sifarişi,  dadlı şirniyyatlar, çay içmək, kasmetoloji xidmətlər, saç baxımı, şəhid xanımları və anaları üçün xidmətlər pulsuzdur