ŞAMAXI ŞƏHƏRİ NİYƏ TURİZM PAYTAXTI OLDU?
Baxış sayı: 767
Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət kimi dahilər yetişdirən Şamaxı türk dövlətlərinin turizm paytaxtı elan edilib. Tarixi və müasirliyi ilə vəhdət təşkil edən qədim şəhər hər zaman bura gələn qonaqların diqqət mərkəzində olub.
Azərbaycanda şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən olan Şamaxı şəhəri antik Albaniya dövlətinin iri yaşayış məskənlərindən olub. Əsrlər boyu Şirvanın mühüm mədəni, iqtisadi və siyasi mərkəzi sayılan Şamaxıda turistlərin ziyarət edə biləcəyi xeyli sayda tarixi abidə də mövcuddur. Rayonun Kələxana kəndində yerləşən Kələxana və Yeddi Günbəz türbələr kompleksi, Şaxəndan türbəsi qonaqların üz tutduğu ən qədim abidələrdəndir.
Xatırladaq ki, ötən ay Şamaxıda Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupun 17-ci iclasında Şamaxı şəhəri 2023-cü il üçün türk dünyasının turizm paytaxtı seçilməsi ilə bağlı qərar qəbul olunub.