ŞAMAXI TÜRK DÜNYASININ TURİZM PAYTAXTI SEÇİLDİ

2022 – ci il üçün Türk dünyasının Turizm Paytaxtı seçilən Şamaxıda 7 – ci Turizm Konfransı baş tutub. Konfransı açıq elan edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türk dövlətlərinin bu platforumda görüşünün önəmindən danışıb. Tədbirdə müassir ipək yolu turizm marşrutu kimi müştərək turizm məhsullarının yaradılması istiqamətində işlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Konfransda həmçinin azad edilən torpaqların böyük turizm potensialına malik olduğu, bu ərazilərdə Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı quruculuq işlərinin aparıldığı, tezliklə Qarabağın regional turizm destinasiyasına çevriləcəyi və həmin ərazilərin bərpa olunması dövründə üzv ölkələrlə qarşılıqlı əlaqələrin önəmi diqqətə çatdırılıb. Qeyd edək ki, tədbirdə ölkələr arasında turizm üzrə müxtəlif sahələrdə, o cümlədən qış turizmi üzrə əməkdaşlıq, müştərək turizm məhsullarının yaradılması istiqamətində əməkdaşlıq kimi məsələlər müzakirələr aparılıb.