ŞAM AĞACI BƏZƏYİN BİR TÜRK GƏLƏNƏYİ OLDUĞUNU BİLİRSİNİZMİ?

Dekabr ayında sevinclə bəzədiyimiz şam ağacının bəzənmə səbəbini əslində xiristianların peyğəmbəri olan İsanın doğum günü,yəni Noel olaraq bilirdik.Əslində isə, Şam ağacı bəzəmək tamamilə bir Türk adətidir.

Qədim Türklərdə yerin göbəyindən göyə qədər bir ağac təssəvür edilir.Bu həyat ağacı sayılan Şam ağacıdır.Qədim Türklərin inancına görə, Gök Tanrı dekabr ayında gecə ilə gündüzü tənzim edir. 22-dekabrdan başlayaraq, gündüzlər uzanmağa, gecələr isə qısalmağa başlayır.Bunu da Türklər “Yenidən doğum bayramı” olaraq qutlayırlar.Türkiyəli Şummerolog alim İlmiyyə Çığ bildirir ki,Türküstanda yetişən ağ şam ağacını 22 dekabrdan sonra evlərinə gətirib müxtəlif bəzəklərlə bəzəyən türklər bu ağacın altına Tanrı üçün müxtəlif hədiyyələr qoyurlar və gələcək ildə tanrıdan diləklərini yazıb şam ağacından asırdılar.Altay Türklərində isə, Şam bayramı deyə bir bayram var.Altayların gələnəyinə görə,bu bayram,ilin ən soyuq ayı sayılan 25 dekabrda qeyd edilir.Altay inanclarına görə, günəş gecəyə qalib gəlir və yer üzündə daha çox qalır. Aydınlıq ruhlarının başçısı olaraq qəbul etdikləri Ülgənə günəşi yenidən yer üzünə göndərdiyi üçün təşəkkür etmək amacıyla şam ağaclarını bəzəyər və 25 dekabrı şam bayramı olaraq qutlayırlar.Şam ağacını Ülgənin ağacı deyə adlandıran Altaylar, 25 dekabrda səhərə qədər rəqs edər və bəzədilmiş şam ağacının ətrafında günəşə bənzər dairə qurar və Ülgənə dualar edirlər.İlmiyyə Çığa görə,şam ağacı bəzəmək gələnəyi Hun Türkləri vasitəsiylə Avropaya və oradan da dünyaya yayılıb. Ağac bəzəmək 16-cı əsrdə Almaniyada, daha sonra Fransada başlayıb və digər Avropa ölkələrinə yayılıb.