ŞAHMATÇI ABDULLA QƏDİMBƏYLİNİ TANIYAQ
Baxış sayı: 813
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb. Qitə birinciliyində təmsilçilərimizdən ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. Belə ki, 11 turdan 8 xal toplayan şahmatçımız 3-8-ci yerləri bölüşüb. Digər şahmatçılarımızdan 7,5 xal qazanan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov müvafiq olaraq 9-10-11-ci yerlərdə qərarlaşıblar.