ŞAGİRDLƏR OXUDUQLARI KİTABLARI TANITDI

Quba Fizika Riyaziyyat və İnformatika təmayüllü liseydə

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həs edilən Kitab sərgisi keçirilib. Sərginin bu günə qədər keçirlən sərgilərdən ən önəmli fərqi sərginin liseydə oxuyan şagirdlərin özlərinin oxuduqları kitabları tanıtmasından ibarət olub.

Sərginin keçirilməsində məqsəd kitab oxuyan şagirdlərin şəbəkələşdirilməsini təmin etmək və kitaba olan marağı artırmaqdır.

Sərgidə qurulan masa arxasında, oxuduqları kitablarla bağlı bilgi verən şagirdlər kitab oxumağın önəmindən, oxuduqları kitablardan danışdılar.

Kitab sərgisində fərqli mövzularda və janrlarda kitabların olmasına baxmayaraq sərginin ən baş guşəsində ulu öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablar yer aldı.

Sərginin sonunda oxuduqları kitablarla bağlı ətraflı bilgi verən şagidlər təşəkkürnamə ilə təltif edildilər.

{youtube}74cDp-zLu5k{/youtube}